×
A
A
A
Sazlamalar

“adra.gov.az”a daxil ol, reklamın qiymətini avtomatik hesabla!

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) rəsmi saytında (http://adra.gov.az/az) kalkulyator bölümü (http://adra.gov.az/az/page/calculator) artıq aktivdir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yerinə, növünə, ölçüsünə və müddətinə görə açıq məkandakı reklamın məbləği ƏDV də daxil olmaqla dərhal hesablanır. Tezliklə sahibkarlar ödənişləri də həm onlayn, həm də ödəniş terminalları üzərindən edə biləcəklər. Bu istiqamətdə işlər tamamlanmaq üzrədir.
Ölkə üzrə açıq məkanda reklamı olan 8 min sahibkar arasında anonim keçirilən SMS sorğu əsasında müəyyənləşib ki, iş adamlarının əksəriyyəti ADRA ilə əməkdaşlıqdan məmnundur və reklamın qeydiyyatı zamanı hər hansı çətinliklə üzləşməyiblər.
Sorğuda iştirak edən sahibkarlar əsasən müfəttişlərin davranışlarından narazılıq ediblər. ADRA belə hallarla rastlaşan sahibkarlardan dərhal 1412 Çağrı Mərkəzinə müraciət etmələrini xahiş edir.
Sorğu hazırda ADRA-nın rəsmi saytında davam edir (http://adra.gov.az/sorgu/1).

Biznes 2018-12-24 15:18:00