×
A
A
A
Sazlamalar

Son on bir ayda ölkəmizə 2 milyondan çox turist gəlib

Bakı, 24 dekabr, AZƏRTAC

Bu ilin yanvar-noyabr ayları ərzində ölkəmizə səfər etmiş əcnəbilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 151 min (6 faiz) artıb. Bununla da yanvar-noyabr aylarında ölkəmizə səyahət edən əcnəbi vətəndaşların sayı 2 milyon 500 minə çatıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65 faiz təşkil edib.
Ənənəvi olaraq, Pakistan, Hindistan və Türkmənistan Asiya, BƏƏ, Səudiyyə Ərəbistanı və İraq isə Yaxın Şərq bölgəsinin əsas bazarları olaraq qalıb.
Müsbət artım tendensiyası ilə yanaşı, azalma da müşahidə olunan bölgələr mövcuddur. Belə ki, 2017-ci ildə Rusiya və Gürcüstandan sonra Azərbaycan turizminin üçüncü ən böyük bazarı olan İrandan gələn səyahətçilərin sayı 2018-ci ilin yanvar-noyabr ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 33 faiz azalıb.

Turizm 2018-12-24 12:56:00