×
A
A
A
Sazlamalar

Gələn ilin payızında Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq

Bakı, 20 dekabr, AZƏRTAC
Gələn ilin payızında Bakıda Rusiya Federasiyasının Həştərxan vilayətinin İşgüzar Mərkəzi açılacaq. Yeni mərkəz Azərbaycan bazarına Rusiya mallarının tədarükünü artırmağa imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə vilayətin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri əvəzi Denis Afanasyev məlumat verib.
"Bizim işgüzar mərkəz Azərbaycanın Həştərxandakı işgüzar mərkəzinin bənzəridir, bəlkə də, sahəsi bir qədər böyük olar. Tikinti işləri ilə Həştərxan vilayəti qubernatorunun əvəzi Sergey Morozov Azərbaycana səfəri çərçivəsində tanış olmuşdu. Tikinti sürətlə gedir, mərkəz 2019-cu ilin payızında açılmalıdır", - deyə D.Afanasyev bildirib.
Qeyd edək ki, hazırda Həştərxan vilayətindən Azərbaycana gəmiqayırma məmulatları, balıq və un məhsulları idxal olunur. 2017-ci ilin yekunlarına görə tərəflər arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4,3 dəfə artaraq 16 milyon dollardan çox olub.

Biznes 2018-12-20 19:39:00