×
A
A
A
Sazlamalar

Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 18 dekabr tarixli Sərəncamı
ilə təsdiq edilmişdir

 1. Giriş

Qanunun aliliyi, insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, hüquq institutlarının möhkəmləndirilməsi, əhaliyə yüksək keyfiyyətli hüquqi xidmətlər göstərilməsi, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması Azərbaycan dövlətinin hüquq siyasətinin prioritetlərindəndir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 132 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013-cü illər üçün Dövlət Proqramı” ölkəmizdə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, hüquq sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi, regionlarda hüquq infrastrukturunun genişləndirilməsi, yeni nəsil hüquqşünasların və ədliyyə orqanları işçilərinin formalaşdırılması üzrə həyata keçirilən siyasətin davamı olmuş və bu sahədə nailiyyətlər əldə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ədliyyə sahəsində islahatların davamlılığının təmin olunmasını şərtləndirir. Bu məqsədlərə xidmət edən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) həyata keçirilməli olan zəruri tədbirləri müəyyən edir.

2. Dövlət Proqramının məqsədi

Dövlət Proqramının məqsədi ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin etməkdən ibarətdir.

3. Dövlət Proqramının əsas istiqamətləri

3.0. Dövlət Proqramında Azərbaycan ədliyyəsinin 2019–2023-cü illərdə aşağıdakı əsas istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur:
3.0.1. ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi;
3.0.2. ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində insan hüquq və azadlıqlarının, şəffaflıq prinsiplərinin təmin olunması;
3.0.3. beynəlxalq əməkdaşlığın genişləndirilməsi;
3.0.4. vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi;
3.0.5. ədliyyə orqanlarının və məhkəmələrin infrastrukturunun və maddi-texniki bazasının yaxşılaşdırılması, həmin qurumların vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi;
3.0.6. ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi;
3.0.7. ədliyyə orqanlarının institusional və kadr potensialının gücləndirilməsi;
3.0.8. ədliyyə sistemində İKT-nin tətbiqinin genişləndirilməsi, rəqəmsal hökumətə keçidin təmin edilməsi;
3.0.9. ədliyyə sahəsində müasir üsullar tətbiq olunmaqla, tədrisin və hüquqi maarifləndirmənin gücləndirilməsi;
3.0.10. cəzaların icrası sisteminin təkmilləşdirilməsi, islah işinin səmərəliliyinin artırılması;
3.0.11. məhkəmə ekspertizası fəaliyyətində müasir elmi və texniki nailiyyətlərin tətbiqinin genişləndirilməsi;
3.0.12. məhkəmə fəaliyyətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinin təmin olunması;
3.0.13. ədliyyə orqanları işçilərinin və hakimlərin sosial müdafiəsinin yaxşılaşdırılması;
3.0.14. yerli idarəetmənin inkişafında ədliyyə orqanlarının iştirakının səmərəliliyinin artırılması.

4. Gözlənilən nəticələr

4.0. Dövlət Proqramının yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:
4.0.1. ədliyyə sahəsinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi;
4.0.2. ölkəmizin tərəfdar çıxdığı aidiyyəti beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, qanunvericiliyin beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılması;
4.0.3. ədliyyə orqanlarında və məhkəmələrdə müasir İKT-nin və elektron sistemlərin tətbiqinin genişləndirilməsi;
4.0.4. ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması və həmin qurumların vətəndaşlar üçün əlçatanlığına nail olunması;
4.0.5. ədliyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir infrastrukturun yaradılması;
4.0.6. vətəndaşların (xüsusən bölgələrdə yaşayanların) hüquqi biliklərinin artırılması;
4.0.7. penitensiar və tibb sahələrində fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi;
4.0.8. məhkəmə ekspertizası tədqiqatlarında müasir metod və qabaqcıl təcrübənin tətbiqi;
4.0.9. ədliyyə sistemində kadr potensialının, ədliyyə orqanları işçilərinin və hakimlərin sosial müdafiəsi sisteminin gücləndirilməsi.

5. Dövlət Proqramının maliyyə təminatı

5.0. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
5.0.1. Azərbaycan Respublikasının dövlət büdcəsi;
5.0.2. dövlət investisiya xərcləri;
5.0.3. beynəlxalq təşkilatların maliyyə vəsaiti;
5.0.4 qanunla qadağan olunmayan digər mənbələr.

6. Dövlət Proqramının həyata keçirilməsi üzrə 

TƏDBİRLƏR PLANI

Sıra №-si

Tədbirin adı

İcraçı orqan

İcra müddəti

(illər üzrə)

1

2

3

4

6.1. Qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi

 6.1.1.

Ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən normativ hüquqi aktların qabaqcıl təcrübəyə, beynəlxalq norma və prinsiplərə uyğun təkmilləşdirilməsi üzrə təkliflərin təqdim olunması

Nazirlər Kabineti,

Məhkəmə-Hüquq Şurası,  Ali Məhkəmənin təklifləri nəzərə alınmaqla

2019–2023

 

6.1.2.

Ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı ödənilən rüsumların və qanunla nəzərdə tutulan digər ödənişlərin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsinin mümkünlüyü təhlil edilərəktəkliflərin təqdim olunması

Nazirlər Kabineti

2019–2023

6.1.3.

Ədliyyə sisteminin inkişafında və beynəlxalq hüquqi yardımın səmərəliliyinin artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti nəzərə alınaraq, xarici dövlətlərin müvafiq qurumları ilə ikitərəfli müqavilələr bağlanması üzrə tədbirlərin davam etdirilməsi, hüquqi yardımla bağlı Azərbaycan Respublikasının qoşulmadığı beynəlxalq sənədləri təhlil edib onlara qoşulmaq barədə təkliflərin təqdim olunması

 

Nazirlər Kabineti

 

2019–2023

6.1.4.

Beynəlxalq norma və prinsiplər, o cümlədən beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, məhkumların və həbs edilmiş şəxslərin hüquqlarının daha effektiv təmin edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin təqdim olunması

Nazirlər Kabineti

 

2019–2023

 

6.1.5.

Toplanmış təcrübə, müasir tələblər, beynəlxalq norma və prinsiplər nəzərə alınmaqla, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə inzibati nəzarətin təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər barədə təkliflərin təqdim olunması

Nazirlər Kabineti

2019

6.1.6.

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sənədlərin Azərbaycan dilində külliyyatının hazırlanması və yayılması

Ədliyyə Nazirliyi

2019

6.1.7.

Məhkəmələrin və digər orqanların qərarlarının icrası sahəsində normativ bazanın təkmilləşdirilməsi məqsədilə bu sahəni tənzimləyən vahid qanun layihəsinin hazırlanması və təqdim olunması

Nazirlər Kabineti

2019

6.1.8.

Əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərilməsinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq ekspertlərinin iştirakı ilə “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması

Nazirlər Kabineti

 

2019–2023

6.1.9.

Məhkəmə prosesi zamanı iclasda bilavasitə iştirak edə bilməyən şəxslərlə (təqsirləndirilən şəxslər istisna olmaqla) texniki vasitələrdən istifadə olunmaqla, məsafədən videoəlaqə qurulmasının təmin edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin təqdim olunması

 

Nazirlər Kabineti

 

2019

6.2. Ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi

6.2.1.

Ədliyyə orqanlarında və məhkəmələrdə informasiya-kommunikasiya texnologiyalarının (bundan sonra – İKT) tətbiqinin genişləndirilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi  tərəfindən həyata keçirilən elektron xidmətlərin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların tətbiqi və həmin xidmətlərin mobil versiyasının hazırlanması üzrə tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.2.2.

“Elektron hökumətə” keçidin təmin edilməsi məqsədilə məhkəmə və ədliyyə orqanlarında İKT-nin tətbiqinə dair uzunmüddətli strategiyanın hazırlanması

 

Ədliyyə Nazirliyi

2019

6.2.3.

Əhalinin məlumat əldə etmək imkanlarının asanlaşdırılması məqsədilə Ədliyyə Nazirliyinin internet saytlarının təkmilləşdirilməsi üçün tədbirlər görülməsi, onların yeni versiyalarının hazırlanması

Ədliyyə Nazirliyi

2019

6.2.4.

Ədliyyə Nazirliyinin “Çağrı Mərkəzi”nin fəaliyyətinin müasir İKT tətbiq olunmaqla təkmilləşdirilməsi, “qaynar xət”lərin işinin çağrı mərkəzlərinin fəaliyyətinədair qanunvericiliyin tələblərinə tamuyğun qurulması və daim təkmilləşdirilməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.2.5.

Ədliyyə Nazirliyinin arxivlərinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların fəaliyyəti ilə bağlı informasiya bazasının və sorğuların cavablandırılmasına dair yeni elektron xidmətin yaradılması üçün tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2021

6.2.6.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sisteminə qoşulmasının təşkil edilməsi

yerli icra hakimiyyəti orqanları,

Ədliyyə Nazirliyi

 

2020–2023

6.2.7.

Bütün ədliyyə orqanlarını əhatə edən vahid İKT şəbəkəsi infrastrukturunun qurulması üzrə tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.2.8.

Fiziki və hüquqi şəxslərə vahid mənbədən informasiya əldə etmək və elektron xidmətlərdən yararlanmaq imkanı verən “Vahid ədliyyə portalı”nın təşkil edilməsi

Ədliyyə Nazirliyi

2019–2021

6.2.9.

Apostillərin elektron reyestri informasiya sisteminin yaradılması və bununla əlaqədar təkmilləşdirmə işlərinin aparılması

Ədliyyə Nazirliyi

2019

6.2.10.

“Elektron icra” sisteminin funksionallığının təkmilləşdirilməsi, o cümlədən:

- sistemin bütün icra qurumlarında tam tətbiqinin təmin olunması;

- dövlət qurumlarının, bank və kredit təşkilatlarının elektron məlumat bazaları ilə inteqrasiya edilməsi;

- sistem çərçivəsində “Borcluların reyestri” elektron informasiya altsisteminin yaradılması;

- sistem çərçivəsində elektron hərraca dair funksionallığınyaradılması;

- notariusların icra qeydləri barədə elektron məlumatın qəbul edilməsi və icrası üçün avtomatlaşdırılmış qaydada aidiyyəti icra qurumlarına dərhal ötürülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.2.11.

Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri (www.huquqiaktlar.gov.az) elektron informasiya resursunun təkmilləşdirilməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.2.12.

Məhkəmə Ekspertizası Mərkəzinin filiallarını əhatə etməklə, qapalı elmi-metodik və informasiya-sorğu elektron sisteminin yaradılması

Ədliyyə Nazirliyi

2019–2020

6.2.13.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər barədə məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilməsi ilə bağlı təkliflərin təqdim olunması

Ədliyyə Nazirliyi

2019–2020

6.2.14.

Cəzaları icra edən orqan və müəssisələr arasında real vaxt rejimində qarşılıqlı məlumat mübadiləsini təmin edən və beynəlxalq meyarlara cavab verən “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminin tam həcmdə fəaliyyətinin təmin edilməsi

Ədliyyə Nazirliyi

2019–2020

6.2.15.

Penitensiar xidmət müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədilə müasir İKT-ni tətbiq etməklə məhkumlarla videogörüş imkanının təşkil edilməsi

 

 

Ədliyyə Nazirliyi

2020–2022

6.2.16.

Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin tətbiqinin təkmilləşdirilməsi üçün tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2020

6.2.17.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nin mobil versiyasının yaradılması

Ədliyyə Nazirliyi

 

2019

6.2.18.

Ədliyyə orqanlarına müraciət edən vətəndaşların müraciətlərinin və sorğularının icra vəziyyəti barədə məlumatın elektron qaydada öyrənilməsi imkanının təşkil edilməsi

Ədliyyə Nazirliyi

2020

6.2.19.

Elektron sənəd dövriyyəsi sisteminin yaradılması

Ədliyyə Nazirliyi

2019–2020

6.2.20.

Ədliyyə Nazirliyinin əsas və ehtiyat məlumat mərkəzlərinin fəaliyyətinin təmin edilməsi

Ədliyyə Nazirliyi

 

2019–2020

6.2.21.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli 268 nömrəli Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin müvafiq məhkəmələrdə tətbiqi üçün zəruri infrastrukturun Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində formalaşdırılması

Ədliyyə Nazirliyi,

Maliyyə Nazirliyi,

İqtisadiyyat Nazirliyi

2019–2020

6.2.22.

Ədliyyə orqanlarının göstərdiyi xidmətlərə görə vahid ödəniş portalının yaradılması,  bu ödənişlərin müxtəlif ödəmə köşkləri və pos-terminallar vasitəsilə həyata keçirilməsi, o cümlədən icra və probasiya qurumlarında plastik kartlarla və ya nağd pulla borc ödənişini həyata keçirən cihazların quraşdırılması sahəsində tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2022

6.2.23.

Regional ədliyyə idarələrinin Ədliyyə Nazirliyinin elektron informasiya sistemlərinə çıxışının təmin edilməsi

Ədliyyə Nazirliyi

2021–2022

6.2.24.

Avtomatlaşdırılmış kadr informasiya sisteminin yaradılması, funksionallığının təkmilləşdirilməsi, sistemdən təhlükəsiz vahid elektron şəbəkədə istifadə olunması və kadrların səmərəli idarə edilməsi üçün zəruri olan elektron bazaların həmin sistemə inteqrasiyası işlərinin başa çatdırılması

Ədliyyə Nazirliyi

2019

6.2.25.

Notariat xidmətlərinin səyyar və məsafədən videoəlaqə vasitəsilə həyata keçirilməsi

 

Ədliyyə Nazirliyi

2019

6.3. Ədliyyə orqanlarının maddi-texniki təchizatının yaxşılaşdırılması, ədliyyə orqanları işçilərinin və hakimlərin sosial müdafiəsinin gücləndirilməsi

6.3.1.

Ədliyyə Nazirliyinin tabe strukturlarının iş şəraitini təhlil edərək, bərpasına ehtiyac olan qurumlarıninfrastrukturunun yaxşılaşdırılması üçün tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.3.2.

Vətəndaşların qəbulu işinin yaxşılaşdırılması məqsədilə Ədliyyə Nazirliyinin inzibati binasında vətəndaşların qəbulu ilə bağlı infrastrukturun yenilənməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.3.3.

Maliyyə imkanları çərçivəsində bir sıra şəhər və rayonqeydiyyat şöbələrinin və dövlət notariat kontorlarının iş şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.3.4.

Məhkumlara və təqsirləndirilən şəxslərə göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi məqsədilə,maliyyə imkanları nəzərə alınmaqla müvafiq infrastrukturun təkmilləşdirilməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.3.5.

Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması məqsədilə onun müasir tələblərə cavab verən yeni inzibati binasının inşa edilməsi və müasir avadanlıqla təchiz olunması

Nazirlər Kabineti

 

2019–2023

6.3.6.

Məhkəmə Ekspertizası Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi, yeni filiallarının yaradılması və ekspertiza növlərinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2020

6.3.7.

Maliyyə imkanları nəzərə alınmaqla,Ədliyyə Akademiyasının mövcud iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.3.8.

Regional ədliyyə idarələrinin iş şəraitinin yaxşılaşdırılması sahəsində müvafiq tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

 

6.3.9.

Ədliyyə orqanları işçilərinin mənzilə olan ehtiyacının güzəştli şərtlərlə təmin edilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün maliyyə imkanları nəzərə alınmaqla, mənzil kooperativinin yaradılması və yaşayış binasının inşa edilməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.3.10.

Ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vəzifələrinin nümunəvi icrasının qiymətləndirilməsi və fəaliyyətinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi 

Ədliyyə Nazirliyi

2019

6.3.11.

Digər dövlət orqanlarının təcrübəsi nəzərə alınmaqla,xüsusi bilik, təcrübə və müstəsna məsuliyyət tələb edən əməklə məşğul olan Ədliyyə Nazirliyi əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması ilə bağlı təkliflərin təqdim olunması

Nazirlər Kabineti

2019

6.3.12.

Ədliyyə orqanlarının işçilərinə və hərbi qulluqçularına göstərilən tibbi xidmətin səviyyəsinin və səmərəliliyinin yüksəldilməsi məqsədilə müvafiq tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2020–2023

6.3.13.

Ədliyyə orqanları işçilərinin idmanla məşğul olmaları üçün lazımi şərait və imkan yaradılması məqsədilə müvafiq tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.3.14.

İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin fəaliyyətinin müasir tələblər səviyyəsində təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.3.15.

Hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların təminatının yaxşılaşdırılması məsələsi ilə bağlı təkliflərin təqdim olunması

Ədliyyə Nazirliyi

2019–2020

 6.4. Ədliyyə sistemində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması

6.4.1.

Ədliyyə orqanlarında kadrlarla aparılan işin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, kadr korpusunun peşəkar və mənəvi cəhətdən təmiz işçilər hesabına şəffaf üsullarla müsabiqə və müsahibə əsasında formalaşdırılması işini diqqət mərkəzində saxlayaraq, qulluğa qəbulun mütəmadi aparılması, həmçininqulluğa qəbulla bağlı müsabiqədə iştirak edənlər üçün Ədliyyə Akademiyasında hazırlıq kurslarının təşkil edilməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.4.2.

Ölkəmizdə könüllülük institutunun təşviqi çərçivəsində gənc könüllülərin ədliyyə və məhkəmə fəaliyyətinə cəlb olunması təcrübəsinin genişləndirilməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.4.3.

Ədliyyə orqanları işçiləri və digər hüquqşünas kadrlar üçün Ədliyyə Akademiyasında ixtisasartırma kurslarının təşkili zamanı müasir metodologiyalardan istifadə olunması təcrübəsinin təkmilləşdirilməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.4.4.

Ədliyyə Akademiyasında yüksəkixtisaslı, xüsusilə penitensiar xidmət üçünhüquqşünas kadrların hazırlanması məqsədilə bakalavriat və magistratura təhsili səviyyələrində tədrisin təşkili imkanlarını təhlil edərək təkliflər təqdim olunması

 

 

Ədliyyə Nazirliyi

2019–2023

6.4.5.

Hakimlərin, ədliyyə və məhkəmə aparatı işçilərinin İKT-dənistifadə bacarıqlarının artırılması məqsədilə davamlı təlimlərin təşkil edilməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.4.6.

Məhkəmə aparatı işçilərinin qulluğa qəbulunun təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim olunması, habeləonların peşə fəaliyyətinə yiyələnməsi üçün ilkin tədris kurslarının təşkili təcrübəsindən istifadə edilməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.4.7.

Penitensiar Xidmətin Təlim Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.4.8.

İcra, probasiya və İKT sahəsində kadr potensialının gücləndirilməsi, onların peşəkarlıq səviyyəsinin artırılması üçün kadrların müntəzəm treninqlərə, o cümlədən beynəlxalq təlimlərə cəlb edilməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.4.9.

Probasiya xidmətinin fəaliyyətinin səmərəli təşkili məqsədilə onun strukturunun təkmilləşdirilməsi, yerli (regional) idarə və şöbələrin yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsi

Ədliyyə Nazirliyi

2019–2020

6.4.10.

Əhali barədə məlumatların formalaşdırılması fəaliyyətində vahid yanaşmanın təmin edilməsi, təkrarçılığın aradan qaldırılması və bu sahədə kadr potensialından daha səmərəli istifadə məqsədilə idarəetmənin təkmilləşdirilməsi

Ədliyyə Nazirliyi

2019

 6.5. Penitensiar xidmətin fəaliyyətinin müasirləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması

6.5.1.

Azadlıqdan  məhrum  edilmiş  şəxslərin ictimai faydalı  əməyə cəlb olunmasının genişləndirilməsi, cəzaçəkmə  müəssisələrində mövcud istehsal sahələrinin  bərpası və yeni sahələrin yaradılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması üçün tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.5.2.

Penitensiar müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması, onlar üzərində etibarlı nəzarətin və mühafizənin təşkili məqsədilə müasir elektron nəzarət vasitələrinin və mühafizə sistemlərinin tətbiqi, habelə mühafizə hasarlarının möhkəmləndirilməsi və yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.5.3.

Məhkumların və həbs edilmiş şəxslərin etibarlı müşayiəti, əməkdaşların xidmət yerlərinə daşınmasının təmin edilməsi məqsədilə Penitensiar xidmətin nəqliyyat parkının yenilənməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.5.4.

 “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral  tarixli 2668 nömrəli Sərəncamına uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada çəkilməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməsi

Ədliyyə Nazirliyi,

Maliyyə Nazirliyi

2019–2023

6.5.5.

Penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının daha etibarlı qorunması və onlarla aparılan tərbiyə işinin səmərəliliyinin artırılması məqsədilə işçi heyətin məhkum və həbs edilmiş şəxslərin sayına mütənasibliyinə dair təkliflərin təqdim olunması

Ədliyyə Nazirliyi

2019–2023

6.5.6.

Bakı şəhəri Umbakı qəsəbəsində yeni həbsxananın, qadın və yetkinlik yaşına çatmayan şəxslər üçün penitensiar kompleksin, Gəncə və Lənkəran şəhərlərində qarışıq tipli penitensiar komplekslərin tikintisinin başa çatdırılması və onların istifadəyə verilməsi ilə bağlı tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.5.7.

Məhkumların islah olunmasında mühüm rol oynayan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və ya cəzanı daha yüngül cəza növü ilə əvəzetmə, o cümlədən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirmə institutunun təkmilləşdirilməsi üzrə təkliflərin təqdim olunması

 

Nazirlər Kabineti

2019

6.5.8.

Penitensiar müəssisələrdə saxlanılan şəxslər arasında xəstəliklərin diaqnostikasının yaxşılaşdırılması, habelə məhkumlar arasında vərəmin aşkarlanması işinin təkmilləşdirilməsi və vərəmə yoluxmanın qarşısının alınması üzrə fəaliyyətin səmərəliliyinin artırılması

Ədliyyə Nazirliyi

2019–2023

6.5.9.

Həbs edilmiş şəxslər və məhkumlar arasında qanla ötürülən infeksiyaların yayılmasının profilaktikası, narkomanların müalicəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə penitensiar müəssisələrdə preventiv tədbirlərin gücləndirilməsi və yeni müalicə proqramlarının tətbiq edilməsi

Ədliyyə Nazirliyi

2019–2020

 6.6.  Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması

6.6.1.

Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, bu sahədə müasir informasiya texnologiyalarından daha geniş istifadə olunması məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə:

- sistemdən istifadə qaydalarının hazırlanması və məhkəmələrdə kargüzarlığın aparılmasına dair qanunvericiliyin təkmilləşdirilməsi;

- sistemin müvafiq (Bakı, Sumqayıt, Şəki və Naxçıvanın yurisdiksiyalarında olan) məhkəmələrdə komponentlər üzrə mərhələli tətbiqinin təmin edilməsi;

- e-iddia ərizələrinin qəbulunun,məhkəmə icraatının elektron qaydada aparılmasının və sənədlərin elektron dövriyyəsinin beynəlxalq təcrübə öyrənilməklə tətbiq edilməsi;

-məhkəmə fəaliyyətində elektron imzanın tətbiqi üzrə beynəlxalq təcrübəni öyrənərək, e-imzanın tətbiqinin genişləndirilməsiüçün təkliflər hazırlanması;

- elektron və kağız məhkəmə sənədlərinin arxivləşdirilməsi və saxlanması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün təkliflər hazırlanması;

-elektron analitik və statistik hesabatların alınması üçün elektron idarəetmə komponentinin tətbiq edilməsi;

- məhkəmə sisteminin vahid veb-portalının təkmilləşdirilməsi üzrə tədbirlər görülməsi, onun daim yüksək informativliyinin təmin edilməsi üçün məhkəmə aparatlarının kadr potensialınıngücləndirilməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.6.2.

Məhkəmə infrastrukturunun yaxşılaşdırılmasına zəruri ehtiyac olan məhkəmə binalarının müəyyən edilməsi

Ədliyyə Nazirliyi

 

2019–2021

6.6.3.

Sumqayıt Məhkəmə Kompleksinin və Masallı Rayon Məhkəməsinin yeni inzibati binalarının tikintisi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında isə yenidənqurma işlərinin başa çatdırılması

Ədliyyə Nazirliyi,

İqtisadiyyat Nazirliyi

2019–2023

6.6.4.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması tədbirləri çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq işlərə dair statistik göstəricilərin təhlilini aparmaqla, Məhkəmə-Hüquq Şurası ilə birlikdə məhkəmə quruluşunun və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim olunması

Ədliyyə Nazirliyi,

Məhkəmə-Hüquq Şurası

2019–2023

6.6.5.

Azərbaycanda mediasiya institutunun yaradılması üzrə tədbirlərin davam etdirilməsi, o cümlədən bu fəaliyyəti tənzimləyən normativ bazanın formalaşdırılmasının, beynəlxalq təşkilatların dəstəyi ilə pilot qaydada tətbiqinin və əhalinin bu sahədə maarifləndirilməsinin təşkil edilməsi

Nazirlər Kabineti

2019–2021

6.6.6.

BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq çərçivəsində yuvenal ədliyyənin inkişafı üzrə tədbirlər görülməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.6.7.

Əhalinin rahatlığı və vətəndaşlara yüksək keyfiyyətli xidmətlər göstərilməsi məqsədilə iş həcmi daha çox olanməhkəmələrdə məlumat və ödəniş köşklərinin quraşdırılması

Ədliyyə Nazirliyi

2021–2023

 6.7. Şəffaflığın artırılması və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi

6.7.1.

Ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması, əhalinin hüquqi mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirici materialların nəşr etdirilməsi, onların əhali arasında yayılması, bu məqsədlə Ədliyyə Nazirliyinin saytlarının və nəşrlərinin imkanlarından səmərəli istifadə olunması 

Ədliyyə Nazirliyi

2019–2023

6.7.2.

İctimai iştirakçılıq və açıq hökumət prinsiplərinə uyğun olaraq ədliyyə orqanlarının ictimaiyyətlə, o cümlədən vətəndaş cəmiyyəti institutları ilə əlaqələrinin gücləndirilməsi məqsədilə qeyri-hökumət təşkilatları nümayəndələrinin Ədliyyə Nazirliyinin keçirdiyi tədbirlərə, işə qəbul prosesinə, ictimai rəyin öyrənilməsinə, məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi institutunun tətbiqi işinə cəlb olunması təcrübəsinin genişləndirilməsi

Ədliyyə Nazirliyi

 

2019–2023

6.7.3.

Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri, qeyri-hökumət təşkilatları sektoru və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlər keçirilməsi, mütəmadi “Açıq qapı” günlərinin təşkil edilməsi

Ədliyyə Nazirliyi

2019–2023

6.7.4.

Qeyri-kommersiya qurumlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə dair təhlillər aparılması, bu sahədə elektron xidmətlərin tətbiqi imkanlarının öyrənilməsi və müvafiq təkliflərin təqdim olunması

Nazirlər Kabineti

 

2019–2020

6.7.5.

Əhalinin  maarifləndirilməsi və hüquqi xidmət vasitəsi kimi ondan geniş istifadə edilməsi məqsədilə ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar külliyyatının hazırlanması

Ədliyyə Nazirliyi

2019

 6.8. Yerli özünüidarəetmə orqanlarının potensialının gücləndirilməsi, bələdiyyə idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması

6.8.1.

Yerli özünüidarəetmə orqanlarının kadr potensialının gücləndirilməsi, bələdiyyə idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması məqsədilə yerli özünüidarəetmə orqanlarının aparatlarında çalışan işçilərin Ədliyyə Akademiyasında kurslara, treninqlərə və təlimlərə cəlb edilməsi

Ədliyyə Nazirliyi

 

2019–2023

6.8.2.

Yerli özünüidarəetmə sahəsində bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq təcrübə mübadiləsinin təşkil edilməsi

Ədliyyə Nazirliyi

 

2020–2023

 

Sərəncamlar 2018-12-18 21:54:00