×
A
A
A
Sazlamalar

Azərbaycan cari ildə 495 milyon dollarlıq meyvə-tərəvəz ixrac edib

Bakı, 17 dekabr, AZƏRTAC

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 495 milyon 60 min ABŞ dolları dəyərində 549 min 369 ton meyvə-tərəvəz ixrac edib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 42 milyon 332 min dollar və 56 min 586 ton çoxdur.
On bir ayda meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,76 faizini təşkil edib.

Biznes 2018-12-17 13:09:00