×
A
A
A
Sazlamalar

On bir ayda mebel istehsalı iki dəfədən çox artıb

Bakı, 16 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında sənaye məhsulunun 21,9 faizi emal sektorunda istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal sektorunda tütün məmulatlarının istehsalı 2,2 dəfə, mebel istehsalı 2,1 dəfə artıb.
Toxuculuq sənayesi məhsulları istehsalında 42,4 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalında 28,3 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalında 13,1 faiz, içki istehsalında 8,3 faiz, kağız və karton istehsalında isə 3,8 faiz artım qeydə alınıb.

Sənaye 2018-12-16 01:25:00