×
A
A
A
Sazlamalar

Ankarada güclü qar səbəbindən məktəblər üçün tətil elan edilib

Ankara, 14 dekabr, AZƏRTAC 

Dekabrın 14-də Ankara vilayətindəki bütün orta məktəblər üçün tətil elan olunub.
AZƏRTAC xəbər verir ki, buna səbəb iki gündür davam edən qarın güclənməsi, yolların buz bağlamasıdır.
Dərslərin bazar ertəsi günündən - dekabrın 17-dən başlayacağı bildirilir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2018-12-14 03:25:00