×
A
A
A
Sazlamalar

Fransa Milli Assambleyasında hökumətə etimadsızlıq votumu qəbul edilməyib

Paris, 14 dekabr, AZƏRTAC

Fransa Milli Assambleyasında hökumətə etimadsızlıqla bağlı sol yönümlü üç partiyaya mənsub 62 deputat tərəfindən irəli sürülən votum 70 səs çoxluğu ilə qəbul edilməyib.
AZƏRTAC xəbər verir ki, votumun qəbul edilməsi üçün 577 deputatdan 289-nun səsi tələb olunurdu.
Assambleyada etimadsızlıq votumu ilə bağlı debatlarda Sosialist Partiyasının baş katibi Olivuer Forun “böhranı gizlətmək üçün Strasburq faciəsindən istifadə olunur” sözləri iqtidar partiyasının üzvləri tərəfindən kəskin etirazlarla qarşılanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2018-12-14 02:35:00