×
A
A
A
Sazlamalar

Azərbaycanlı mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb

Bakı, 14 dekabr, AZƏRTAC

“Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının” (APRA) həmtəsisçisi İlham Məmmədov Moskvada keçirilən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (IPRA) “Eventiada IPRA Golden World Awards 2018” müsabiqəsində münsiflər heyətində yer alıb.
Bu barədə AZƏRTAC-a məlumat verən İlham Məmmədov müsabiqəyə 20-yə yaxın ölkədən 10 nominasiya üzrə yüzdən artıq layihənin təqdim edildiyini vurğulayıb. Bildirib ki, müsabiqənin predmetlərini gənclər, şirkətlər, agentliklər, yerli və regional icra orqanları, peşəkar assosiasiyalar, universitetlər və digər tədris və ixtisaslaşmış müəssisələr tərəfindən reallaşdırılmış kommunikasiya layihələri təşkil edib. Layihələr üçün əsas tələb kimi etik qaydalara cavab vermək, spirtli içkilər, tütün məmulatları, zorakılıq, milli və digər ayrı-seçkiliklər daşımamaq olub.
İ.Məmmədov yaxın gələcəkdə bu müsabiqənin Azərbaycanda da həyata keçiriləcəyinə əminliyini bildirib.

Cəmiyyət 2018-12-14 01:19:00