×
A
A
A
Sazlamalar

Türkiyədə Dəclə çayı üzərindəki “Kral qızı” su anbarında qəza baş verib

Ankara, 13 dekabr, AZƏRTAC 

Türkiyənin Diyarbəkir vilayətinin Eğil rayonunda Dəclə çayı üzərindəki “Kral qızı” su anbarında qəza baş verib.
AZƏRTAC xəbər verir ki, qəzanın səbəbi son günlər bölgədə yağışlı hava şəraiti nəticəsində yağıntının miqdarının çox olmasıdır. Anbarda suyun səviyyəsinin artması qapaqlardan birinin qopması ilə nəticələnib.
Hazırda Dəclə çayının ətrafındakı yaşayış məntəqələrinin sakinlərini seldən qorumaq üçün tədbirlər görülür.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2018-12-13 21:55:00