×
A
A
A
Sazlamalar

Gömrük orqanına bəyan edilməyən siqaretlər aşkarlanıb

Bakı, 13 dekabr, AZƏRTAC 

Gömrük orqanına bəyan edilməyən siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə olunub və əl yükləri yoxlanılıb. Baxış zamanı vətəndaşa məxsus əl yükündən əvvəlcədən gömrük orqanına bəyan olunmayan 5000 ədəd “Senator” adlı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2018-12-13 19:32:00