×
A
A
A
Sazlamalar

Gömrükçülər nəqliyyat vasitəsindən ov silahı tapıb

Bakı, 13 dekabr, AZƏRTAC

Gömrükçülər nəqliyyat vasitəsindən ov silahı tapıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Nəqliyyat vasitəsində olan yüklərə baxış zamanı 2 ədəd elektrik qızdırıcı radiatorun birinin içərisindən “Baikal ИЖ 43M” markalı ov silahının lüləsi və 32 ədəd boş dəmir gilizlər, digər radiatorun içərisindən isə həmin ov silahının qundaq hissəsi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2018-12-13 19:04:00