×
A
A
A
Sazlamalar

Güclü qar Gürcüstanın Acarıstan bölgəsində ciddi problemlər yaradıb

Tbilisi, 13 dekabr, AZƏRTAC

Güclü qar Gürcüstanın bir sıra dağlıq ərazilərində, eləcə də Acarıstan Muxtar Respublikası ərazisində ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, bəzi bölgələrə gedən yollar bağlanıb. Acarıstan MR-in Xulo bələdiyyəsinin Danisparauli və Xixadzuri kəndlərində vəziyyət daha acınacaqlıdır. Bu kəndlərdə 350 ailə işıqsız qalıb.
“Energo-Pro Georgia” kompaniyasının briqadaları həmin ərazilərdə təbii fəlakətin nəticələrini aradan qaldırmağa çalışırlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2018-12-13 17:46:00