×
A
A
A
Sazlamalar

Arılar üçün nanoçanta ixtira edilib

Bakı, 13 dekabr, AZƏRTAC

Vaşinqton Universitetinin mütəxəssisləri arılara nəzarət etmək üsulunu tapıblar. Alimlər arılar üçün məlumat toplayan nanoçanta ixtira ediblər.
AZƏRTAC “life.ru” saytına istinadən bildirir ki, arının bel hissəsində yerləşdirilən xüsusi nanoçanta öz kiçik ölçüsünə görə onu narahat etmir. Çəkisi təxminən 0,01 qram olan nanoçantaya arının hərəkəti, bədən temperaturu, sürəti və digər xüsusiyyətləri haqqında informasiyanı toplayan sensorlar yerləşdirilib. Nanoçantanın kiçik ölçüsünə görə ona GPS sensor quraşdırmaq mümkün olmayıb, ancaq bağda yerləşdirilmiş antenaların köməyi ilə arının yeri haqqında məlumatlar toplanılır.
“Ağıllı” nanoçanta 30 giqabaytadək məlumat saxlaya bilər ki, bu da arının birgünlük fəaliyyəti haqqında bütün informasiyanın yazılması üçün kifayət edir. Alimlər toplanmış məlumatları bu və ya digər həşərat növlərini öyrənmək və arıların məhsuldarlığını artırmaq məqsədilə təhlil edirlər.

Dünya 2018-12-13 17:28:00