×
A
A
A
Sazlamalar

Prado muzeyi xüsusi ianələr hesabına məşhur rəsm əsərini alıb

Madrid, 13 dekabr, AZƏRTAC

Prado muzeyi xüsusi ianələr hesabına rəssam Simon Vuenin “Qızla göyərçinin portreti” (1620-1622) əsərini 200 min avroya əldə edib.
AZƏRTAC xəbər verir ki, muzey rəsm əsərini almaqla bağlı kraudfandinq (xalq maliyyələşdirməsi) kampaniyasına ötən ilin sentyabrında başlayıb. Üç aydan sonra rəssamlıq qalereyasının nümayəndələri bildiriblər ki, pul toplamaq əməliyyatı uğurla başa çatıb. XVII əsrin şedevrini adı açıqlanmayan kolleksiyaçıdan almaq üçün lazım olan vəsait – 200 min avro artıq əldə edilmişdi. Aksiyada təxminən 6500 adam iştirak edib. İanələrin ümumi məbləği 204 min 84 avro olub.
Prado muzeyində quraşdırılacaq ekranlarda portretin alınmasına öz vəsaitlərini sərf etmiş insanların adları əks olunacaq. Bu insanları rəsm əsərinin himayədarları adlandırırlar.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Mədəniyyət 2018-12-13 17:29:00