×
A
A
A
Sazlamalar

“McLaren”də velosiped idmanı ilə məşğul olmağa qərar veriblər

Bakı, 13 dekabr, AZƏRTAC 

“McLaren Group”un texnoloji bölməsi olan “McLaren Applied Technologies” Bəhreynin “Merida Pro Cycling Team” peşəkar velokomandası ilə birgə təşkil olunan ortaq müəssisənin tərkibinə daxil edilib.
AZƏRTAC xəbər verir ki, “Team Bahrain Merida” adlanan yeni komandanın səhmlərinin 50 faizi “McLaren”ə məxsusdur. Layihədən məqsəd komandanın çempionatlarda ən yüksək səviyyədə uğurla iştirak etməsidir. Bu məsələdə texniki əməkdaşlıq, veloyürüşçülərin fiziki hazırlığının yaxşılaşdırılması, həmçinin marketinq sahəsində tərəfdaşlıq əsas götürülür.
Müqavilə “McLaren Group”un ortaqları olan bəhreynli investorlarla qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsi ilə bağlıdır.
“McLaren Applied Technologies”in artıq velosiped idmanı sahəsində təcrübəsi var: bir neçə il bundan əvvəl bu bölmə Amerikanın yürüş velosipedləri istehsalçısı olan “Specialized” şirkəti ilə uğurla əməkdaşlıq edib. 2012-ci il London Olimpiadasından əvvəl isə Böyük Britaniya komandasının idmançılarının hazırlanmasında yardımçı olub.
“McLaren”in kommersiya direktoru Con Allert deyib: “Yürüşlər, texnologiyalar və insan imkanlarının genişləndirilməsinə dair təbirlər – bütün bunlar bizim “McLaren”də məşğul olduğumuz işlərdir. Bizim artıq ötən dövrdə velosiped idmanı ilə əlaqəmiz olub və bir neçə müddət ərzində biz yenidən bu işlə məşğul olmağımız barədə götür-qoy edirdik.
Gələcəyə düzgün baxışı olan “Team Bahrain Merida” ilə əməkdaşlıq bizim bacarıqlarımızı ən təbii yolla tətbiq etməyə imkan yaradır və ambisiyalarımıza uyğun gəlir. Yaxın aylarda biz yorulmaq bilmədən çalışacağıq. Çünki bilirik ki, peşəkar velosiped idmanında dünyanın ən yaxşı atletləri və rəqabətqabiliyyətli komandaları mübarizə aparırlar”.

İdman 2018-12-13 17:00:00