×
A
A
A
Sazlamalar

Təcrübəli xarici şirkətlər neftlə çirklənmiş ərazilərin təmizlənməsinə cəlb edilib

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Abşeron yarımadasında neft və digər maddələrlə çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi layihəsi çərçivəsində Amec Foster Wheeler şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə neftlə və digər maddələrlə çirklənmiş ərazilər haqqında müzakirələr aparılıb.
Tədbirdə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, İtaliya şirkətinin ətraf mühit üzrə mütəxəssisləri və ETSN-in nümayəndələri iştirak edib.

Ekologiya 2018-12-13 16:09:00