×
A
A
A
Sazlamalar

DSX: Alazan çayının kənarında gizlədilən 110 ədəd pirotexniki vasitə aşkarlanaraq götürülüb

Bakı, 13 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Qax rayonunun Lələli kəndi yaxınlıqdakı sərhəd zastavasının xidməti ərazisində Alazan çayının kənarında gizlədilmiş 2 ədəd bağlamada müxtəlif çeşidli 110 ədəd pirotexniki vasitə aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlarla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Hadisə 2018-12-13 15:55:00