×
A
A
A
Sazlamalar

Karate üzrə böyüklər arasında rəsmi liqa yarışlarına yekun vurulub

Bakı, 13 dekabr, AZƏRTAC

Çinin Şanxay şəhərində Karate1 A seriyası turniri ilə 2018-ci il mövsümündə Dünya Karate Federasiyasının (WKF) böyüklər arasında rəsmi liqa yarışlarına yekun vurulub.
Milli komandanın yeganə təmsilçisi İrina Zaretska (-68 kq) sonradan yarışın qalibi olan çinli Li Qonqa ilk mərhələdə məğlub olsa da, təsəlliverici görüşlərdə ardıcıl üç rəqibinə qalib gəlib. Bürünc medal uğrunda həlledici qarşılaşmada isə yapon idmançısı Someya Kayo ilə görüşün əsas vaxtında hesab açılmasa da, hakimlərin qərarı ilə daha fəal olan rəqib idmançı bürünc medala sahib olub.
Mükafatsız qalmasına baxmayaraq İ.Zaretska həm dünya, həm də Olimpiya reytinqində mövqeyini əlavə xallarla möhkəmlədib. Şanxayda mövsümün son Karate1 A seriyasında 80 ölkədən 1176 idmançı iştirak edib.

İdman 2018-12-13 15:50:00