×
A
A
A
Sazlamalar

Baxtıqul Jeenbaeva Qırğızıstanın maliyyə naziri təyin edilib

Bişkek, 13 dekabr, АZƏRTAC
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Fərmanı ilə Baxtıqul Jeenbaeva maliyyə naziri təyin edilib.
AZƏRTAC xəbər verir ki, Baxtıqul Jeenbaeva bundan əvvəl “Ayıl Bank”ın İdarə Heyətinin sədri, Milli Bank sədrinin müavini və digər vəzifələrdə çalışıb.
B.Jeenbaeva son vaxtlar Qırğızıstan Prezidentinin müşaviri də olub.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2018-12-13 14:57:00