×
A
A
A
Sazlamalar

Gələn il qeyri-OPEC ölkələrinin neft təklifi gündəlik 61,9 milyon barrel olacaq

Bakı, 13 dekabr, Nihad Budaqov, AZƏRTAC
Bu il Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft tədarükü keçən illə müqayisədə 2 milyon 400 min barrel çoxalaraq sutkada 60 milyon 400 min barrelə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
IEA-ya görə, 2019-cu ildə isə qeyri-OPEC ölkələrinin neft təklifi 1 milyon 500 min barrel artaraq gündəlik 61 milyon 900 min barrel təşkil edəcək.

 

Neft - qaz 2018-12-13 14:30:00