×
A
A
A
Sazlamalar

Quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 13 dekabr, AZƏRTAC 

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini E.Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək içərisində pulu, iki yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və 28-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Məcid İsmayılov saxlanılıb. Araşdırma aparılır.

Hadisə 2018-12-13 14:31:00