×
A
A
A
Sazlamalar

Göygöl rayonunda taxıl əkini sahələri genişləndirilir

Göygöl, 13 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Göygöl rayonunda gələn ilin əkini üçün 8 min 540,8 hektar şum qaldırılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2019-cu ilin məhsulu üçün payızlıq səpin işlərinə başlanılıb. Sahələrin 4 min 730,8 hektarına buğda, 1776 hektarına arpa, 208 hektarına xəsil səpilib. Taxıl səpininin 6 min 204 hektarı əhali təsərrüfatlarında, 402 hektarı dövlət təsərrüfatlarında, 108,8 hektarı isə qeyri-dövlət təsərrüfatlarında aparılıb. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 99,3 hektar və ya 1,5 faiz çoxdur.
Hazırda rayonda səpin işləri davam etdirilir.

 

Kənd təsərrüfatı 2018-12-13 14:21:00