×
A
A
A
Sazlamalar

Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb

Bakı, 13 dekabr, AZƏRTAC

“Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə 2002-2004-cü illər təvəllüdlü oğlanlar və qızlar arasında Bakı birinciliyi start götürüb.
AZƏRTAC xəbər verir ki, turnirə 56 idman klubu və cəmiyyətindən 556 cüdoçu qatılıb. Oğlanlar və qızlar 9 çəki dərəcəsində medallar uğrunda mübarizə aparırlar.
Yeniyetmələrin Bakı birinciliyinə dekabrın 14-də yekun vurulacaq.

İdman 2018-12-13 13:27:00