×
A
A
A
Sazlamalar

Türkiyədə qatar qəzası nəticəsində üç maşinist və altı sərnişin həlak olub

Bakı, 13 dekabr, AZƏRTAC

Ankara-Konya reysini həyata keçirən sürət qatarının Marşandiz stansiyasına daxil olarkən qəzaya uğraması nəticəsində həlak olanların sayı 9 nəfərə, yaralananların sayı isə 47 nəfərə çatıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ölənlərdən üçü maşinist, altısı isə sərnişindir.
Qəza ilə əlaqədar Ankara-Konya xəttində qatarların hərəkəti dayandırılıb.
Xatırladaq ki, Ankaradan Konya istiqamətində hərəkət edən sürət qatarı bu gün səhər yerli vaxtla saat 06:30-da Marşandiz stansiyasında lokomotivlə toqquşub. Nəticədə üç vaqon relsdən çıxaraq aşıb. Qəza zamanı qatarda 206 sərnişin olub.

Dünya 2018-12-13 13:06:00