×
A
A
A
Sazlamalar

Bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Bakı, 13 dekabr, AZƏRTAC 

Dekabrın 12-də saat 18 radələrində Daxili İşlər Nazirliyinin (DİN) 102 – Zəng Mərkəzinə mobil telefonla zəng vuran şəxs üç ədəd bombanın qoyulması barədə məlumat verib.
DİN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Lakin fakt təsdiqini tapmayıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2018-12-13 12:35:00