×
A
A
A
Sazlamalar

ABŞ-ın neft ehtiyatları azalır

Bakı, 13 dekabr, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları azalmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın neft ehtiyatları ötən hesabat həftəsində 1,2 milyon barrel (0,3 faiz) azalaraq 442 milyon barrelə düşüb. Bazar proqnozları ehtiyatların 3 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə də ölkənin neft ehtiyatları 7,3 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları keçən həftə dəyişməyərək 649,6 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 2,1 milyon barrel (0,9 faiz) artaraq 228,3 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 2,5 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,7 milyon barrel artmışdı.

 

Dünya 2018-12-13 12:30:00