Qanunsuz ov edən şəxslər saxlanılıblar
Bakı, 13 dekabr, AZƏRTAC
Şəhər, rayon polis orqanları qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər keçirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Orta Muğan kənd sakini olan üç nəfər qanunsuz ov etdiklərinə görə saxlanılıb. Onlardan üç ov tüfəngi götürülüb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Yenikənd kənd sakini olan iki nəfərdən müvafiq sənədləri olmayan iki ov tüfəngi götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO