×
A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqası: həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

Bakı 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də UEFA Çempionlar Liqasının 6-cı turunun ən yaxşı oyunçusu və ən yaxşı qolun müəllifi adına namizədlər açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin altıncı turundakı qarşılaşmalarda göstərdikləri oyuna görə həftənin ən yaxşı futbolçusu adına braziliyalı Neymar (“Paris Sen-Jermen”, Fransa), şotlandiyalı Endryu Robertson (“Liverpul”, İngiltərə), fransalı Leroy Sane (“Mançester Siti”, İngiltərə) və İsveçrənin “Yanq Boyz” klubunun hücumçusu Qiymo Oaro iddialıdırlar.
Həftənin ən yaxşı qolu nominasiyasının iddiaçıları arasında isə “Mançester Siti”nin hücumçusu Leroy Sane, “Barselona”nın fransalı hücumçusu Osman Dembele, “Lion”nun hücumçusu Nabil Fekir və “Yuventus”un argentinalı hücumçusu Paolo Dibala yer alır.
Qeyd edək ki, qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində dekabrın 16-da müəyyənləşəcək.

 

İdman 2018-12-13 12:11:00