×
A
A
A
Sazlamalar

Azərbaycan xalqının və dövlətçiliyinin tarixində Heydər Əliyevin müstəsna xidmətləri var

Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Maliyyə Bazarlarına Nəzarət Palatasının binasındakı büstü önünə gül dəstələri qoyulub.
Mərasimdə Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna xidmətləri olmuş Heydər Əliyevin həyat və yaradıcılığı, eləcə də xalq və dövlətçilik qarşısındakı xidmətlərindən, müasir Azərbaycan iqtisadiyyatının və maliyyə sisteminin qurulmasında müstəsna rolundan bəhs olunub.
Anım tədbirində Ümummilli Liderimizin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

İqtisadiyyat 2018-12-13 11:55:00