×
A
A
A
Sazlamalar

Biləsuvarda polis avtomobildən 8 kiloqramdan çox tiryək aşkarlayıb

Bakı, 13 dekabr, AZƏRTAC 

Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xırmandalı kəndi ərazisində “Ford-transit” markalı avtomobil saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Şahin Qəfərovun idarə etdiyi həmin nəqliyyat vasitəsindən çəkisi 8 kiloqram 55 qram tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisə 2018-12-13 11:17:00