×
A
A
A
Sazlamalar

Filarmoniyada Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edilib

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsertdə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə orkestrin və musiqiçilərin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Soltan Hacıbəyov, Asəf Zeynallı, Arif Məlikov və Tofiq Quliyevin əsərləri səsləndirilib.

Mədəniyyət 2018-12-12 18:51:00