×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda tikiş müəssisəsində partlayış baş verib

Bakı, 12 dekabr, AZƏRTAC 

Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kvadratmetr olan birmərtəbəli üçotaqlı tikilidə (tikiş sexi) yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində tikilinin otağı 37 kvadratmetr sahədə yanıb, 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2018-12-12 18:07:00