Ümummilli Liderin anım gününə həsr olunmuş interaktiv plakat hazırlanıb
Bakı, 12 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü ilə beynəlxalq layihə əsasında Orenburq vilayətinin Pokrovka modern kitabxanası ilə birgə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş interaktiv plakat hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, interaktiv plakat Moskva şəhərinin Qərb İnzibati Dairəsinin MKS-na, Udmurt Milli, Orenburq Aqrar Kolleci, Ulyanovsk Vilayət Mərkəzi Elmi, A.P.Çexov adına Blaqoveşensk şəhər, S.Vurğun adına Kiyev şəhər kitabxanalarına göndərilib. İnteraktiv plakatdan tədbirlər zamanı istifadə olunub.
İnteraktiv plakatda Ulu Öndərin fotoşəkilləri, haqqında yazılmış kitablar və qəbirüstü abidəsini özündə əks etdirən kollajın üzərinə yerləşdirilən interaktiv nöqtələrdə dahi siyasətçi Heydər Əliyev haqqında maraqlı məlumatlar yerləşdirilib.
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş interaktiv plakat https://www.thinglink.com/scene/1128040452402970625 linkdə yerləşdirilib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir