Gələcəkdə həkimləri robotlar əvəzləyəcək
Bakı, 12 dekabr, AZƏRTAC
İngiltərə Milli Səhiyyə Xidməti robot texnikasının tibb sahəsinə tətbiqi üzrə miqyaslı layihənin icrasına başlayıb.
AZƏRTAC “Life” resursuna istinadən bildirir ki, Britaniya Səhiyyə Nazirliyi Oksford Universitetinin alimləri ilə birgə həkimlərin əksər hissəsini robotlarla əvəzləməyi planlaşdırır. İlk robotlar xəstəxanalarda pasiyentlərin qeydiyyatını aparacaq və müalicə üçün tövsiyələr verəcək. İkinci mərhələdə tətbiq ediləcək robotlar isə sadə əməliyyatlar, o cümlədən dişlərin müalicəsini aparacaqlar.
Alimlərin sözlərinə görə, gələcəkdə belə robotlar avtomatik rejimdə doğuşda iştirak edəcək və ürək və beyin əməliyyatları edəcəklər.
Bildirilir ki, ilkin mərhələdə robotların işinə insanlar nəzarət edəcəklər, daha müasir əməliyyatsız müalicə üsullarından istifadə isə daha çox xəstəni əməliyyat etməyə və xəstəliklərin qarşısını erkən mərhələdə almağa imkan verəcək.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır