×
A
A
A
Sazlamalar

Ötən ay qlobal neft tədarükü sutkalıq 100,6 milyon barrelə çatıb

Bakı, 12 dekabr, Nihad Budaqov, AZƏRTAC 

Noyabrda qlobal neft tədarükü oktyabr ayı ilə müqayisədə 500 min barrel artaraq gündəlik 100 milyon 640 min barrel olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay qeyri-OPEC ölkələri üzrə neft istehsalı isə 440 min barrel çoxalaraq sutkada 67 milyon 670 min barrelə çatıb.

Neft - qaz 2018-12-12 16:48:00