×
A
A
A
Sazlamalar

2019-cu ildə OPEC üzrə gündəlik neft tələbatı 31,4 milyon barrel olacaq

Bakı, 12 dekabr, Nihad Budaqov, AZƏRTAC 

Gələn il Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft tələbatının sutkada 31 milyon 400 min barrel olacağı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
OPEC-in proqnozuna görə, növbəti ildə qlobal neft tələbatı isə bu illə müqayisədə 1 milyon 290 min barrel artaraq gündəlik 100 milyon 80 min barrelə təşkil edəcək.

 

Neft - qaz 2018-12-12 16:32:00