×
A
A
A
Sazlamalar

Fransa polisi Strasburqdakı hücumla bağlı 5 nəfəri dindirməyə başlayıb

Bakı, 12 dekabr, AZƏRTAC

Fransanın hüquq-mühafizə orqanları Strasburq şəhərinin mərkəzində baş vermiş silahlı hücumla bağlı 5 nəfəri dindirir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi yanında dövlət katibi Loran Nunes bildirib. Onun məlumatına əsasən, dindirilən şəxslərin cinayətkarla mümkün əlaqəsi araşdırılır.
Xatırladaq ki, dekabrın 11-də axşam saatlarında Strasburqun 29 yaşlı sakini şəhərin mərkəzində yeni il yarmarkasında ətrafdakı insanlara atəş açıb. İnsident nəticəsində azı 3 nəfər həlak olub, 13 nəfər yaralanıb. Hadisə yerindən qaçmağa müvəffəq olan cinayətkarın axtarışına hüquq-mühafizə orqanlarının 350 əməkdaşı cəlb edilib. Əməliyyatla əlaqədar şəhərdə nəqliyyatın hərəkəti dayandırılıb.
Bu arada İnterpolun başçısı Yurgen Stok bildirib ki, təşkilat insidentin təhqiqində Fransanın hakimiyyət orqanlarına kömək göstərməyə hazırdır.

Dünya 2018-12-12 12:53:00