×
A
A
A
Sazlamalar

Sumqayıtda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 12 dekabr, AZƏRTAC 

Sumqayıtda müxtəlif vaxtlarda evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən dörd nəfər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki evdən və bir mağazadan təmir-tikinti alətləri, pəncərə çərçivəsi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Cəfərov tutularaq istintaqa cəlb olunub. Həmçinin iki avtomobildən, bir qadının çantasından pul, yaddaş kartı, videoqeydiyyat qurğusu və dörd təkər oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir İsayev, eləcə də üç evdən pul, velosiped və geyim əşyaları oğurlayan, bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini Gülmirzə Şəfiyev də saxlanılıblar. Bundan başqa, 2 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Əhmədov da saxlanılaraq istintaqa cəlb edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.

 

Hadisə 2018-12-12 12:41:00