×
A
A
A
Sazlamalar

Bakı Ali Neft Məktəbinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı, 12 dekabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə güllər düzülüb.

Elm və təhsil 2018-12-12 12:28:00