×
A
A
A
Sazlamalar

Terrorizm təhlükəsinin qlobal indeksi dərc olunub

Daşkənd, 12 dekabr, АZƏRTAC

Avstraliyadakı İqtisadiyyat və Dünya İnstitutu dünyada terrorizm təhlükəsinin qlobal indeksini dərc edib.
AZƏRTAC Qırğızıstanın ca-news agentliyinə istinadla xəbər verir ki, Mərkəzi Asiya dövlətləri arasında terrorizm təhlükəsi az olan ölkələr - Tacikistan 74, Qırğızıstan 70, Qazaxıstan 75-ci yerdədir. Özbəkistan isə terrorizm təhlükəsi çox az olan ölkələr sırasındadır və siyahıda 132-ci yerdə qərarlaşıb. Türkmənistan terrorizm təhlükəsi olmayan ölkələrdən hesab edilib və 138-ci yerdədir.
İraq, Əfqanıstan, Nigeriya, Suriya, Pakistan və Somali terrorizm təhlükəsi çox yüksək olan ölkələr sırasındadır.
Qeyd edək ki, terrorizmin qlobal indeksi son beş il üçün terror aktlarının, terror nəticəsində həlak olanların və yaralananların ümumi sayı, terror aktlarının əmlaka vurduğu zərərin dərəcəsinə əsasən tərtib olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2018-12-12 12:08:00