×
A
A
A
Sazlamalar

Ümummilli Liderin xatirəsinə həsr edilmiş “Unudulmaz” sənədli filmi nümayiş olunub

Bakı, 12 dekabr, AZƏRTAC

Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, anım mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, onun zəngin siyasi irsi və təcrübəsi barədə danışıb.
Sonra “Lider” televiziyası tərəfindən hazırlanan “Unudulmaz” sənədli filmi nümayiş olunub.
Jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevin ideya və ssenari müəllifi olduğu filmdə Heydər Əliyev ömrünün Klivlend səhifəsi əks etdirilib. Qiymətli və nadir arxiv kadrlardan da istifadə edilən ekran əsərində Ümummilli Liderin həkimləri ilə xüsusi müsahibələr və digər məqamlar yer alıb.

Cəmiyyət 2018-12-12 10:56:00