×
A
A
A
Sazlamalar

Bu il 52 rayon və şəhərdə işəgötürənlərin məlumatlandırılması məqsədilə “dəyirmi masa”lar keçirilib

Bakı, 12 dekabr, AZƏRTAC

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərin məlumatlandırılması məqsədilə 52 rayon və şəhərdə “dəyirmi masa”lar keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər “Məşğulluq haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar, həmçinin “Sosial tərəfdaşlığın məşğulluğun təminatında rolu” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında işəgötürənlərin məlumatlandırılması məqsədi daşıyıb.
Şəhər (rayon) icra hakimiyyətlərinin, həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi “dəyirmi masa”larda məşğulluq haqqında qanunvericilikdə əksini tapan yeniliklər qeyd olunub. İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi sahəsində atılan addımlar haqqında işəgötürənlərə ətraflı məlumat verilib.

Sosial 2018-12-12 10:29:00