×
A
A
A
Sazlamalar

Karantin tətbiq edilən zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib

Bakı, 11 dekabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən keçirilən monitorinqlər nəticəsində Masallı rayonunda ölkəmizin ərazisi üçün karantin sayılan şırımlı Avstraliya yastıcasının yayıldığı müəyyən edilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şırımlı Avstraliya yastıcası akasiya, əncir, zeytun, ərik və s. meyvə ağaclarını güclü yoluxdurur, meyvə ağacları ilə yanaşı sitrus bitkilərinə də ciddi zərər verir.
Zərərverici 52 növ bitkidə müşahidə olunub və ölkəmizdə əsasən limon, narıngi, portağal, tut və zeytun ağaclarını yoluxdurur. Həmin zərərverici Rusiyada, Qafqazın bütün Qara dəniz sahillərində, yeni Zelandiyada, Şərqi Asiyada, Amerikada və digər ölkələrdə də geniş yayılıb. Şırımlı yastıca geniş yayılma potensialına malik olduğu üçün digər ölkələrə asanlıqla keçib. Onunla mübarizə zamanı mütəxəssislərin iştirakı ilə kimyəvi üsullardan istifadə olunması tövsiyə edilir.

Cəmiyyət 2018-12-11 19:00:00