×
A
A
A
Sazlamalar

Masazır kəndinin Abşeron küçəsi əsaslı şəkildə yenidən qurulur

Xırdalan, 12 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonu Masazır kəndinin Abşeron küçəsi əsaslı şəkildə yenidən qurulur. Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın kəndə keçirdiyi səyyar qəbulu zamanı sakinlər əvvəlki yolun hərəkət hissəsinin sıradan çıxması, piyadaların normal və təhlükəsiz şəkildə hərəkətinin təşkili üçün səkilərin olmamasını, vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaratdığını bildiriblər.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev AZƏRTAC–a bildirib ki, kənd sakinlərinin gündəmə gətirdiyi məsələyə rayon rəhbərliyinin operativ müdaxiləsindən sonra hazırda yol yatağının bərkidilməsi işləri aparılır, köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir.
Ümumilikdə, Abşeron küçəsinin təqribən 7200 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək. Uzunluğu 1200 metr, eni isə 8-10 metr olan küçədə yenidənqurma işləri Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Regionlar 2018-12-12 07:20:00