×
A
A
A
Sazlamalar

Salome Zurabişvili və Mayk Pompeo regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Tbilisi, 12 dekabr, AZƏRTAC
ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişviliyə telefonla zəng edib.
AZƏRTAC xəbər verir ki, Mayk Pompeo Salome Zurabişvilini prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.
Tərəflər, həmçinin regional və qlobal təhlükəsizlik məsələlərini, birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Söhbət zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Gürcüstanın ərazi bütövlüyü və digər məsələlər də diqqət mərkəzində olub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2018-12-12 05:14:00