×
A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqası: “Qalatasaray” İstanbulda “Portu”ya məğlub olub

Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 11-də UEFA Çempionlar Liqasında altıncı tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyununda D qrupunda yer alan İstanbulun “Qalatasaray” klubu qrupunun lideri “Portu”nu qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb (1:0). Beləliklə, "Portu" qrup lideri (16), "Şalke" (11) isə ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıblar. İstanbul təmsilçisinin məğlubiyyətinə baxmayaraq, klub UEFA Avropa Liqasında mübarizənin davam etdirəcək. "Lokomotiv" isə 3 xalla qrupun sonuncu yerində qərarlaşıb.

İdman 2018-12-12 01:21:00