×
A
A
A
Sazlamalar

Latviya Prezidenti Aldis Qobzemsin Baş nazir vəzifəsinə namizədliyini geri götürüb

Riqa, 11 dekabr, AZƏRTAC

Latviya Prezidenti Raymonds Veyonis populist KPV LV partiyasından Baş nazir vəzifəsinə irəli sürdüyü Aldis Qobzemsin namizədliyini geri götürüb. Prezident buna səbəb olaraq Aldis Qobzemsin əksəriyyətin dəstəyini ala bilməməsini göstərib.
AZƏRTAC xəbər verir ki, Latviya Prezidenti jurnalistlərə müsahibəsində deyib: “Belə qənaətə gəldik ki, əgər əksəriyyət yoxdursa, onun namizədliyi geri götürülməlidir”. Prezident əlavə edib ki, tezliklə tərəflərlə danışıqların yeni raundu başlanacaq.
Xatırladaq ki, A.Qobzems oktyabr ayında keçirilən seçkilərdən sonra yeni hökumət təşkil edə bilməyən ikinci namizəddir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Dünya 2018-12-11 21:44:00