Kanadalı keçmiş diplomat Çində saxlanılıb
Pekin, 11 dekabr, AZƏRTAC
Kanadanın keçmiş diplomatı, Beynəlxalq Böhran Qrupunun Şimal-Şərqi Asiya üzrə baş məsləhətçisi Maykl Kovriq Çində saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Honkonqda çıxan “South China Morning Star” qəzeti Beynəlxalq Böhran Qrupuna istinadla məlumat yayıb.
Qrupun yaydığı bəyanatda deyilir ki, hazırda Maykl Kovriqin yerinin müəyyən edilməsi və onun qısa zamanda azad olunması istiqamətində bütün mümkün addımlar atılır. Hələlik Maykl Kovriqin saxlanılmasının səbəbləri bilinmir.
Qeyd edək ki, Beynəlxalq Böhran Qrupunun baş məsləhətçisinin saxlanılması Çinin “Huawei” şirkətinin maliyyə direktoru xanım Men Vanconun Kanadada saxlanılmasından sonra iki ölkə arasında yaranmış gərgin dövrə təsadüf edir. Çin tərəfi Men Vanconun saxlanılması ilə əlaqədar rəsmi səviyyədə Kanadaya etirazını bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür
NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəliblər
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
İstanbulda torpaq sürüşməsi baş verib
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib