×
A
A
A
Sazlamalar

Gömrükçülər üçün TIR-EPD sisteminin tətbiqinə dair seminar keçirilib

Bakı, 11 dekabr, AZƏRTAC

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Beynəlxalq Yük Daşımaları (BYD) Konvensiyası ilə tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilən daşımalar zamanı BYD ilkin məlumat mübadiləsi sisteminin - TIR-EPD sisteminin tətbiqinə dair seminar keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, seminarda Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin əməkdaşları iştirak edib.
Seminar zamanı iştirakçılar komitə sədrinin müvafiq sərəncamına uyğun olaraq, 2018-ci il dekabrın 10-dan 2019-cu il yanvarın 10-dək pilot qaydada tətbiq edilməsi nəzərdə tutulan TIR-EPD sistemindən istifadə ilə bağlı təlimatlandırılıb, sistemin fəaliyyəti, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi ilə bağlı əməliyyatlar izah olunub.
Bundan başqa, DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin əməkdaşı Rauf Quliyev TIR-EPD sisteminin gömrük orqanlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası və tətbiqi barədə iştirakçıları ətraflı məlumatlandırıb.

İqtisadiyyat 2018-12-11 16:02:00